Qərb Rusiyaya tətbiq etdiyi sanksiyaların müddətini uzadıb

Avropa İttifaqı (Aİ) Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini təhdid altında saxlayan hərəkətlərə görə, Ukrayna ərazisindəki rus separatatçılarını və Rusiya dövlətinin bir çox səlahiyyətli şəxslərini hədəfə alan iqtisadi sanksiyaların müddətini daha 6 ay uzatmağa qərar verib. Avropa İttifaqının rəsmi internet saytında yer alan açıqlamada Ukraynadakı rus separatçılarına və səlahiyyətli şəxslərə tətbiq edilən viza rejimi qadağasının … More Qərb Rusiyaya tətbiq etdiyi sanksiyaların müddətini uzadıb

Hollandiyanın antidemokratik addımı sanksiyalara səbəb olacaqmı?

Ötən həftə sonu Hollandiya hökumətinin Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin Rotterdam hava limanına enməsinə icazə verməməsi iki ölkə arasında diplomatik münasibətləri xeyli gərginləşdirib. Referendum kampaniyası üçün Hollandiyaya yollanmağı və oradakı mitinqlərdə iştirak etməyi planlayan türk nazirin səfərinin qarşısının antidemokratikcəsinə alınması Hollandiyanın, bütövlükdə Qərb dünyasının qardaş Türkiyə dövlətinə yönəlmiş “ikili standartlar” oyununun bariz təzahürüdür. … More Hollandiyanın antidemokratik addımı sanksiyalara səbəb olacaqmı?

Seçkidəki məğlubiyyət Sarkisyanın sonu olacaq

Ötən həftə sonu Ermənistanda apelin 2-də baş tutacaq parlament seçkisinin təşviqat kampaniyasının rəsmi şəkildə başlaması Sarkisyan başda olmaqla bir çox siyasi qüvvələrin “dəridən-qabıqdan çıxmasına” təkan verib. Hiss olunur ki, avtoritar rejimin başçısı bu dəfə əvvəlki seçkilərdə olduğundan daha narahat görünür. Ən azından Sarkisyanın başında durduğu hakim Respublika partiyasının yeni formatda baş tutacaq parlament seçkilərinə “Təhlükəsizlik … More Seçkidəki məğlubiyyət Sarkisyanın sonu olacaq

Cocuq Mərcanlı sakini: Doğma kəndimizdə yaşayacayıq-Müsahibə

Əslən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən olan Seyfəddin Maqsudov 1995-ci ildə Sabirabad rayonunun Qalaqain qaçqın şəhərciyində anadan olub. Hazırda Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yaşayan Seyfəddin Sumqayıt Dövlət Universitetində təhsil alır. O, Yeni Azərbaycan Partiyasının üzvü və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüsüdür. Müsahibimiz olan Seyfəddin Cocuq Mərcanlını görməsə də, ürəyi hər zaman doğma kəndi ilə döyünüb. … More Cocuq Mərcanlı sakini: Doğma kəndimizdə yaşayacayıq-Müsahibə

Sarkisyan sonuncu kartını işə salır

Həyatımızda adət etdiyimiz, hər dəfə eyni cür təkrarlanan hadisə və olayların şahidi oluruq. Eynən Serj Sarkisyanın hər “yuxusundan” sonrakı sayıqlamaları kimi. İşğalçı dövlətin prezidentinin ötən həftə uzun müddətdən sonra “Dağlıq Qarabağ məsələsində güzəştə getməyə hazır olduqlarını” bildirməsi onun “yalanlar zəncirində” daha bir halqanın sayını artırıb. Bir şeyi unutmaq olmaz ki, prezident Sarkisyan başda olmaqla Ermənistanda … More Sarkisyan sonuncu kartını işə salır

Matəm libasına bürünmüş qərənfillər

Qaranlıq gecədə alov saçan avtomtların səsi, tankların hənirtisi, “quduz it”ə dönmüş sovet əsgərinin insanlığa sığmayan hərəkətləri belə bir xalqın müqavimət əzmini, azadlıq ruhunu, istiqlal yanğısını boğa bilmədi. Tarix ilk dəfə olaraq əliyalın insanların nizamlı ordu üzərində mənəvi qələbəsinə şahidlik etdi. Qanlı yanvar gecəsində Vətənimizin mərd oğul və qızları özlərini bir amal uğrunda, doğma Azərbaycanımızın istiqlaliyyəti … More Matəm libasına bürünmüş qərənfillər

İkili standartların yeni dalğası

Dəfələrlə beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından Ermənistan hakimiyyətinə rəsmi və qeyri-rəsmi sürətdə çağırışlar etsələr də, işğalçı dövlətin başında duranlar ya bu çağırışları eşitmirlər, ya da eşitmək istəmirlər. Yaxın tarixə nəzər salsaq görərik ki, beynəlxalq qurumlar tərəfindən Ermənistana göndərilən notalar, edilən çağırışlar iki istiqamətlilik təşkil edir. Birinci istiqamət münaqişənin tez bir zamanda həllini tələb … More İkili standartların yeni dalğası

Qarabağı azad edəndən sonra…

Kəşfiyyatçı: Qarabağı azad edəndən sonra missiyamı tam olaraq tamamlanmış hesab edə bilərəm Vətəni sevmək imandandır. Bu kəlam ata-babalarımızdan bizə miras kimi ötürülərək insanlarımızın həyat tərzinə çevrilib. Vətən sevgisinə iman gətirən oğullarımızdan biri də Milli Ordumuzun baş leytenantı, kəşfiyyatçı Kamil Musəvidir. Müsahibimiz Kamil 2015-ci il oktyabrın 12-dən 13-ə keçən gecə kəşfiyyat qrup komandiri vəzifəsində döyüş tapşırığını … More Qarabağı azad edəndən sonra…

Mosul problemi İraqın bölünməsinə səbəb ola bilər

Dünya dövlətlərinin başının ABŞ-dakı prezident seçkilərinə qarışdığı bir dönəmdə İŞİD-i Mosuldan çıxarmaq məqsədi ilə başladılan hərbi əməliyyatlar fasiləsiz olaraq davam etdirilməkdədir. Bununla bağlı ara-sıra dünya mediasında İŞİD-dən azad olunan məntəqələrnən bağlı xəbərlər yayılmaqdadır. İraq ordusunun, peşmərgələrin və polis alaylarının Mosulu İŞİD terror təşkilatından azad etmək üçün etdiyi həmlələr bu bölgənin yaxın vaxtlarda qan gölünə çevriləcəyinə … More Mosul problemi İraqın bölünməsinə səbəb ola bilər

Qadın işləməlidirmi?-Polemika

Qadınların iş həyatına atılması, karyera qurması cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan biridir. Qadının işləyib-işləməməsi məsələsi təkcə Azərbaycan reallığı üçün deyil, bütün dünya üçün aktualdır. “Qadın və karyera” fikri bir çox mühafizəkar xarakterli kişilər tərəfindən qəbul olunmur, amma müasir dövrdə belə insanların sayı olduqca azdır. Cəmiyyətimizdə gender balansı, qadın və kişilərin hüquqları bərabər şəkildə təmin … More Qadın işləməlidirmi?-Polemika