Qərb Rusiyaya tətbiq etdiyi sanksiyaların müddətini uzadıb

5769310fc361884f608b458b

Avropa İttifaqı (Aİ) Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini təhdid altında saxlayan hərəkətlərə görə, Ukrayna ərazisindəki rus separatatçılarını və Rusiya dövlətinin bir çox səlahiyyətli şəxslərini hədəfə alan iqtisadi sanksiyaların müddətini daha 6 ay uzatmağa qərar verib. Avropa İttifaqının rəsmi internet saytında yer alan açıqlamada Ukraynadakı rus separatçılarına və səlahiyyətli şəxslərə tətbiq edilən viza rejimi qadağasının və digər sanksiyaların müddətinin 2017-ci ilin 15 sentyabrına qədər uzadıldığı bildirilib.

Rusiyaya tətbiq olunan sanksiyaların dəyişdirilməsi və ya sadələşdirilməsi üçün heç bir əsasın olmadığına diqqət çəkilən açıqlamada bir çox rus şirkətləri və səlahiyyətli şəxslər Qərb ölkələrinin sanksiya siyahısında öz yerini alıb. Avropa İttifaqının budəfəki sanksiya siyahısında viza qadağası qoyulmuş və Avropa banklarındakı səhmləri dondurulmuş 37 rus şirkəti və 150 şəxs yer alıb.

Xatırladaq ki, Avropa İttifaqı ölkələrinin rəsmi Moskvaya qarşı nəzərdə tutduğu iqtisadi sanksiyalar ilk dəfə 2014-cü ilin mart ayında Rusiyanın Ukrayna dövlətinin ərazi bütövlüyünü pozaraq Krım Muxtar Vilayətini qanunsuz olaraq ilhaq etməsindən sonra tətbiq edilmişdi. Bu həftə müddəti daha 6 ay uzadılan sanksiyalar, həmçinin Rusiyanın Minskdə əldə olunan atəşkəs müqaviləsinin şərtlərinə əməl etməsinə təsir etməyi hədəfləyib.

Digər tərəfdən, Aİ-nin Krım və Sevastopolu qanunsuz şəkildə ilhaq etməsi səbəbi ilə Rusiyaya müəyyən sektorlarda tətbiq etdiyi iqtisadi sanksiyalar hələ də qüvvədədir. Sözügedən iqtisadi sanksiyalara görə, Avropa İttifaqına üzv olan 28 ölkə Rusiya ilə silah satışı həyata keçirmir. Həmçinin sanksiyalarda Rusiyanın neft və qaz sektorlarında istifadə olunan bəzi texniki vasitələri İttifaqa üzv ölkələrdən almasına qadağa qoyulub. Digər tərəfdən, Rusiyanın dövlət və özəl banklarının Avropanın maliyyə bazarına girişinə qadağa qoyulub.

Həmidağa Məcidov

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma