Hollandiyanın antidemokratik addımı sanksiyalara səbəb olacaqmı?

475910

Ötən həftə sonu Hollandiya hökumətinin Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin Rotterdam hava limanına enməsinə icazə verməməsi iki ölkə arasında diplomatik münasibətləri xeyli gərginləşdirib. Referendum kampaniyası üçün Hollandiyaya yollanmağı və oradakı mitinqlərdə iştirak etməyi planlayan türk nazirin səfərinin qarşısının antidemokratikcəsinə alınması Hollandiyanın, bütövlükdə Qərb dünyasının qardaş Türkiyə dövlətinə yönəlmiş “ikili standartlar” oyununun bariz təzahürüdür. Hətta PKK terrorçularının rahatlıqla aksiyalar, siyasi kampaniyalar keçirdiyi Hollandiya, Almaniya kimi ölkələrdə Türkiyə dövlətinin öz vətəndaşları arasında referendum kampaniyası aparmasına bir sıra süni əngəllər yaradılır.

Son günlərdə Türkiyə və Hollandiya arasında yaşanan diplomatik böhran və hər iki tərəfdən gələn sərt açıqlamalarla bərabər, hər iki ölkənin bir-birinə iqtisadi sanksiyalar tətbiq edəcəyi də istisna olunmur. Xatırladaq ki, rəsmi statistikaya görə, təkcə 2016-cı ildə Türkiyə və Hollandiya arasında xarici ticarətin həcmi 6,6 milyard dollar olub. Türkiyənin İqtisadiyyat Nazirliyinin rəsmi internet saytında yer alan  rəqəmlərə görə, təkcə 2016-cı ildə Türkiyə Hollandiyaya təxminən 3,6 milyard dollar həcmində ixrac gerçəkləşdirib və sözügedən zaman ərzində Hollandiyadan idxal olunan məhsulun həcmi 3 milyard dollar həcmində olub. Türkiyənin Hollandiyaya ixrac etdiyi məhsulların böyük hissəsini əşya daşımaq üçün motorlu nəqliyyat vasitələri, Hollandiyadan idxal olunan məhsulun böyük hissəsini isə dəmir, polad materialları tutur.

Türkiyə və Hollandiya arasındakı ticarətin həcmində son illərdə böyük ölçüdə artım müşahidə olunmaqdadır. 2004-cü ildə iki ölkə arasındakı ticarətin həcmi 2,4 milyard dollar olduğu halda, 2011-ci ildə bu rəqəm 3 dəfə artaraq 7,2 milyard dollara yüksəlib. 2011-ci ildə qeydə alınan 7,2 milyard dollarlıq göstərici Türkiyə və Hollandiya arasındakı ticarət dövriyyəsində ən rekord göstərici hesab olunur.

Türkiyədən Hollandiyaya ən çox ixrac olunan məhsullar sırasında ilk yeri 9,7% ilə (346,6 milyon dollar) əşya daşımaq üçün nəzərdə tutulan motorlu nəqliyyat vasitələri tutur. İkinci yerdə 5,7%-lə (211,9 milyon dollar) avtomobil və onun ehtiyyat hissələrinin ixracı dayanır. 4% pay ilə (142,4 milyon dollar) geyim əşyaları və aksessuarlar Hollandiyaya ixrac olunan məhsullar siyahısında üçüncü yerdədir. Sonrakı yerləri 3,7%-lə (132,5 milyon dollar) neftdən və minerallardan alınan yağlar, 3,3 %-lə (119 milyon dollar) toxuculuq məmulatları tutur.

Türkiyənin Hollandiyadan idxal etdiyi ümumi məhsulun 18%-i isə (544,4 milyon dollar) dəmir, polad materialları və onların ərintiləri tutur. Hollandiyadan idxal olunan məhsullardan 5,6%-lə (168,2 milyon dollar) plastik materiallar ikinci, 5,1%-lə (152,4 milyon dollar) neft və minerallardan alınan yağlar üçüncü pillədədir. Daha sonrakı yerləri 4,5%-lə (134,9 milyon dollar) traktor maşınlarının idxalı, 3,1%-lə (93,7 milyon dollar) ərzaq məhsullarının idxalı bölüşdürür.

 

Həmidağa Məcidov

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma