Sarkisyan sonuncu kartını işə salır

qarabag1

Həyatımızda adət etdiyimiz, hər dəfə eyni cür təkrarlanan hadisə və olayların şahidi oluruq. Eynən Serj Sarkisyanın hər “yuxusundan” sonrakı sayıqlamaları kimi. İşğalçı dövlətin prezidentinin ötən həftə uzun müddətdən sonra “Dağlıq Qarabağ məsələsində güzəştə getməyə hazır olduqlarını” bildirməsi onun “yalanlar zəncirində” daha bir halqanın sayını artırıb. Bir şeyi unutmaq olmaz ki, prezident Sarkisyan başda olmaqla Ermənistanda hakimiyyətin başında duranlar bu qəbildən olan açıqlamalara yalnız çıxılmaz vəziyyətə düşdükdə əl atırlar. Hiss olunur ki, Serjik yenə də çıxılmaz vəziyyətdədir.

Sarkisyan aprel döyüşlərində rüsvayçı məğlubiyyətdən sonra da münaqişənin həlli istiqamətində güzəştə getməyə hazır olduqlarını bəyan etmişdi. Sonra baş verənlər isə hər kəsə məlumdur. O, özünün dediklərini inkar edərək tam əks mövqedən çıxış etdi. Daha sonra xarici havadarlarının “isti nəfəsini” hiss etdikdən sonra Sarkisyan rejimi hər cür vasitələrə əl ataraq danışıqlar prosesinə kölgə salmağa və Dağlıq Qarabağ münaqişəsinin həllini uzatmağa çalışdı. Görünür, Sarkisyanın ötən həftəki açıqlamanı verməkdə hansısa məqsədi var. Yaxınlaşmaqda olan aprel ayı  onun üçün bir neçə cəhətdən ciddi mesajdır. İşğalçı dövlətin başçısı gözəl anlayır ki, ikinci aprel döyüşləri baş verərsə, Azərbaycan Ordusu işğalda olan torpaqlarını rahatlıqla azad edə biləcək.

Heç şübhəsiz ki, Sarkisyanı sonuncu bəyanatı verməyə məcbur edən səbəblərdən biri də ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında olan-qalan nüfuzunu da itirməsdir. Təşkilata rəhbərliyin Ermənistana həvalə olunmaması rəsmi Yerevanın “son ümidini” puç edib. KTMT kartını da itirməkdə olan Sarkisyanın bu açıqlamasını parlament seçkiləri qabağı partiyasına “xal qazandırmaq” məqsədi ilə atılmış addım kimi də qiymətləndirmək olar. Onsuz da sosial durumu son dərəcə gərgin olan Ermənistan əhalisinin böyük əksəriyyəti Sarkisyan hökumətinin legitimliyinə inanmır. Artıq ermənilərin müəyyən bir hissəsi anlayır ki, Ermənistan əzəli Azərbaycan torpağı Dağlıq Qarabağı və ətraf 7 rayonu işğalda saxlamaqla regionun qlobal əhəmiyyətli layihələrindən kənarda qalıb. Sarkisyan sonuncu “qarşılıqlı güzəşt vədini” verməklə bu baxımdan Ermənistan cəmiyyətində artan narazılıqları qismən aradan qaldırmaq istəyir.

Digər tərəfdən, Sarkisyan rejiminə əks istiqamətdə duran eks-prezident Levon Ter-Petrosyanın partiyasının aprel ayının 2-də baş tutacaq parlament seçkilərinə “Sülh və yaxın qonşuluq” və “Qarabağda sülh” devizləri ilə qatılması Sarkisyanı “dəridən-qabıqdan çıxmağa” vadar edir. Ter-Petrosyanının rəhbərlik etdiyi Erməni Milli Konqresinin parlament seçkilərinə bu cür şüarlarla qatılması Sarkisyan rejimindən bezmiş böyük bir kütlənin maraqlarına xidmət edir. Məhz bu səbəbdən də Ermənistan prezidentinin dəfələrlə dilə gətirdiyi, lakin sonradan geri addım atdığı eynitipli bəyanatlardan birini dilə gətirməsini müəyyən qədər anlamaq olar.

Vədinə əməl etməməkdə ad çıxarmış Sarkisyanın “Dağlıq Qarabağ məsələsində güzəştə getməyə hazır olduqlarını” bildirməsini Ermənistan cəmiyyətinin nə dərəcədə ciddi qəbul edəcəyini ağla gətirmək bir qədər çətindir. Birmənalı olaraq cəmiyyətdə özü qəbul olunmayan insanın sözünün qəbul olunacağına ümid etmək sadəlövhlükdür.

Həmidağa Məcidov

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma