Matəm libasına bürünmüş qərənfillər

635327492149586244_20-yanvar

Qaranlıq gecədə alov saçan avtomtların səsi, tankların hənirtisi, “quduz it”ə dönmüş sovet əsgərinin insanlığa sığmayan hərəkətləri belə bir xalqın müqavimət əzmini, azadlıq ruhunu, istiqlal yanğısını boğa bilmədi. Tarix ilk dəfə olaraq əliyalın insanların nizamlı ordu üzərində mənəvi qələbəsinə şahidlik etdi. Qanlı yanvar gecəsində Vətənimizin mərd oğul və qızları özlərini bir amal uğrunda, doğma Azərbaycanımızın istiqlaliyyəti uğrunda fəda etdilər. O gecə Vətən uğrunda şəhid olan oğul və qızlarımız heç bir zaman tarixdən silinməyəcək dərəcədə misli görülməmiş qəhrəmanlıq nümunəsi nümayiş etdirdi.

Sanki bir sükut var idi həmin gecə… Hətta qırmızı qərənfillər də “Qırmızı ordunun” törətdiyi vəhşiliklərin qarşısında boynunu büküb qara rəngə boyanmışdı: görəsən vəhşiliklə öldürülən bu insanların, tanklar altında əzilən qadın və qızların, sinəsini güllə deşmiş məzlum körpələrin günahı nədir? Qərənfillər susurdu, avtomatlar isə bu susqunluğun qarşısında susmağın nə olduğunu çoxdan unutmuşdu. Azğınlaşmış düşmən küləklər şəhərini qan gölünə çevirməkdə idi. Qəhrəman oğul və qızlarımız sovet əsgərinin bu amansız vəhşilyinin qarşısında bir addım belə geri addım atmırdı. Sonda cansız qərəfillər dilə gəlib qanına qəltan olan şəhidlərimizin qarşısında baş əyib hönkür-hönkür ağlamağa başladı… Matəm libasına bürünmüş qanlı qərənfillər xalqımızın başına gətirilən bu müsibətlərə şahidlik edirdi. Beləcə Azərbaycan xalqının heç vaxt yaddaşlardan silinməyəcək növbəti qəhrəmanlıq dastanı yazılmaqda idi.

Həmin gecə külələr şəhərinin qaranlıq səmasında əsən “qara küləklər”in qorxunc vıyıltısı bütün cahana yayılırdı. Üzümüzə “qıpqırmızı” duran “qırmızı ordunun” xalqımıza qarşı törətdiyi “qırmızı terror”silsiləsinin yeni dalğası yüzlərlə oğul və qızımızın həyatına son qoymuşdu o gecə. Vətən uğrunda canını fəda edən oğul və qızlarımızın hər biri ən uca şəhidlik zirvəsinə yüksəldi.

Bu gün ayağımızı Vətən torpağına azad şəkildə qoya biliriksə, doğma Vətənimizin təmiz havasını udub suyundan içə biliriksə, bunu  düşmən qarşısında özlərini sipər etmiş şəhidlərimizə borcluyuq. Bəlkə də, 70 ildən sonra yenidən başımızın üzərində əzəmətlə dalğalanan üçrəngli bayrağımızın üzərindəki qırmızı rəng azadlığımız uğrunda töküələcək qanların carçısı idi.

Xalqımız yüzlərlə övladını şəhid vermək bahasına istiqlaliyyətini yenidən bərpa edəndən sonra tanış olduğumuz sözlərdən biri də şəhid sözü olmuşdur. Başımızın üstündə dalğalan üçrəngli bayraq minlərlə şəhidimizin məzarına sarılmış, minlərlə şəhidmiz müstəqlliyimiz uğrunda canını fəda etdiyi Vətən torpağına qovuşmuşdur. Belə bir deyim var: şəhidlər ölmür. Bu deyim hər zaman hər bir Azərbaycanlının həyat fəlsəfəsi, yaşam amalı olmuşdur. Harada olmağımızdan asılı olmayaraq hər birimiz şəhidlərimizin Vətənimiz üzərində dolaşan müqəddəs ruhlarını hörmətlə anıb onların qarşısında baş əyməliyik!

Həmidağa Məcidov

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma