İkili standartların yeni dalğası

875413_47541979-beware-the-double-standard-25

Dəfələrlə beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından Ermənistan hakimiyyətinə rəsmi və qeyri-rəsmi sürətdə çağırışlar etsələr də, işğalçı dövlətin başında duranlar ya bu çağırışları eşitmirlər, ya da eşitmək istəmirlər. Yaxın tarixə nəzər salsaq görərik ki, beynəlxalq qurumlar tərəfindən Ermənistana göndərilən notalar, edilən çağırışlar iki istiqamətlilik təşkil edir. Birinci istiqamət münaqişənin tez bir zamanda həllini tələb etdiyi halda, ikinci istiqamət hər iki dövlət arasında münaqişə əsnasında sonradan yaranmış problemləri özündə ehtiva edir.

İşğalçı dövlətə sonuncu belə çağırış bu həftə Avropa Şurasının baş katibi Tyorbyorn Yaqlanddan gəlib. Baş katib Ermənistanı ötən ilin 29 dekabrında cəbhənin təmas xəttində atəşkəs rejiminin pozulması nəticəsində Silahlı Qüvvələrimizin itkin düşmüş hərbi qulluqçusu Qurbanov Çingiz Salman oğlunun meyitini Azərbaycana qaytarmağa çağırıb: “Avropa Şurası Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlarda birbaşa rol oynamasa da, bu məsələdə daim ATƏT-in Minsk qrupunun rolunu dəstəkləyir. Bununla belə, münaqişənin humanitar aspektləri bizi narahat etməkdədir. Mən bilirəm ki, ötən ilin 29 dekabr tarixində tərəflər arasında baş vermiş atəşkəs rejiminin pozulması insan tələfatına səbəb olub və eyni zamanda, erməni silahlı qüvvələrinin baş vermiş döyüşlər nəticəsində həlak olmuş azərbaycanlı əsgərin meyitini hələ də saxladıqlarından xəbərdaram. Mən tərəfləri qətiyyətlə atəşkəs rejiminə əməl etməyə çağırıram və məsələnin humanitar tərəflərini nəzərə alaraq, 2010-cu ildə yüksək səviyyədə keçirilmiş Həştərxan razılaşmalarına uyğun olaraq, ATƏT-in Minsk qrupu həmsədrlərinin meyitlərin gecikdirmədən, dərhal qaytarılmasına dair etdikləri çağırışları tam şəkildə dəstəkləyirəm”

Avropa Şurasının üzvü olan Ermənistanın qurumun baş katibi Tyorbyorn Yaqlandın bu çağırışına nə dərəcədə məhəl qoyub-qoymayacağı böyük maraq doğurur. Sarkisyan rejimi və ondan əvvəl hakimiyyətdə olmuş digər avtoritar rejimlər 26 il ərzində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT, AŞPA və digər beynəlxalq təşkilatların qətnamə və çağırışlarını “heçə saymaq” baxımından bütün dünyada “ad qazanıb”. Təkcə BMT Təhlükəsizlik Şurasının yerinə yetirilməyən 4 qətnaməsi Ermənistanın məkrli “siyasətini” Dağlıq Qarabağ münaqişəsindən xəbəri olmayan insanlar üçün belə açıq-aydın şəkildə ortalığa qoyur. Uzun illərin tarixi təcrübəsi fonunda Ermənistanın hərbi qulluqçumuzun meyitini yaxın vaxtlarda qaytarması o qədər də inandırıcı görünmür. Dəfələrlə müxtəlif vaxtlarda düşmən təxribatının qarşısını almış şəhidlərimizin meyitləri uzun müddət saxlanıldıqdan sonra qaytarılıb.

Ermənistanın bu “siyasəti” təkcə şəhid olmuş əsgərimizin meyitinin qaytarılmaması ilə məhdudlaşmır. Öz doğma torpaqlarında ata-babalarının məzarlarını ziyarət etmək məqsədi ilə əzəli Azərbaycan ərazisi Kəlbəcərə yollanmış və düşmən tərəfindən girov götürülmüş mülki vətəndaşlar-  Dilqəm Əsgərov və Şahbaz Quliyevin əsirlikdən azad edilməsi ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin və digər humanitar təşkilatların Ermənistana təzyiqlərinə baxmayaraq işğalçı rejim həmvətənlilərimizi əsirlikdən azad etməkdən boyun qaçırır. Bu məsələdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin qətiyyətli mövqeyi göz önündədir. Məhz buna oxşar bir olayda Prezidentimizin qətiyyətli addımları sayəsində erməni fitnəsinin qurbanı olmuş leytenant Ramil Səfərov Macarıstanda həbsdən azad edilərək Azərbaycana gətirilmişdir.

Görünən odur ki, beynəlxalq qurumların Ermənistana təsir mexanizmləri yalnız sözdə bəyanat və çağırışlar etməkdən ibarətdir. Ermənistanın Tyorbyorn Yaqlandın çağırışına əməl etməməsi istisna olunmur. Əgər Ermənistan Avropa Şurası baş katibinin çağırışına müsbət reaksiya verməzsə, nə dəyişəcək? Cavab bəllidir: heç nə. Oxşar çağırış Azərbaycana edilmiş olsaydı, Avropanın “başbilənləri” dərhal öz təsir mexanizmlərini, “sanksiya metodlarını” işə salacaqdılar. Görünür, beynəlxalq qurumların “demokratiyası” yalnız Azərbaycan üçün keçərlidir. Bütün bunlardan nəticə çıxararaq 2016-cı ildə dünyanın bir sıra beynəlxalq təşkilatları tərəfindən kifayət qədər “ikili standartlara” məruz qalmış Azərbaycanın cari ildə də bu “siyasətlə” qarşı-qarşıya qalacağını söyləmək olar.

Həmidağa Məcidov

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma