Yalanın acı etirafı

“Mənim adım yalandır. Dünya yaranan gündən cümlə-cahanda başımı girləyirəm. Çox insanların qəlbinə yol tapmışam. Kimi məndən istifadə edib öz valideynini, kimi  həyat yoldaşını, kimi dostunu, kimisi də özünə yaxın olan digər insanları aldadıb, amma məni başının tacı edən insanlar heç də öz yaxınlarını aldatmayıblar, onlar mənim vasitəmlə öz-özlərini aldadıblar. Kim ki məni özünə dost seçib, … More Yalanın acı etirafı

Çexlər “Qarabağ”dan “əl çəkmir”

Ardıcıl III dəfə UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq “Qarabağ”ın bu dəfəki hədəfi qrupdan çıxmaqdır. Bunun üçün Ağdam təmsilçisi “Fiorentina”, “PAOK”, “Slovan Liberec” kimi klubların yer aldığı J qrupunu ən azı ikinci pillədə tamamlamalıdır. Maraqlı məqamlardan biri də odur ki, ötən mövsüm də “Qarabağ” J qrupunda qərarlaşmışdı. “Qarabağ”a qrupdan çıxmaq yolunda ilk əngəl Çexiyanın … More Çexlər “Qarabağ”dan “əl çəkmir”

“Anderlecht”i Belçikada “radara” salmalıyıq…

“Qəbələ” ardıcıl ikinci dəfədir ki, UEFA Avropa Liqasının qrup mərhələsində iştirak edəcək. Qırmızı-qaraların C qrupundakı ilk rəqibi Belçikanın adlı – sanlı “Anderlecht” klubu olacaq. “Anderlecht”in şöhrəti futbol azərkeşlərimizi qorxutmamalıdır. Nəzərə almalıyıq ki, “Anderlecht” əvvəlki gücündə deyil. Bu mövsüm Çempionlar liqasının III təsnifat mərhələsində “Rostov”a məğlub olan belçikalılar Avropa Liqasının play-off mərhələsində iştirak hüququ əldə edib. … More “Anderlecht”i Belçikada “radara” salmalıyıq…

Türklüklə yəhudiliyi nə birləşdirir?

Yəhudilər müasir İsrail bayrağındakı 6 guşəli ulduzun Davud peyğəmbərin möhürü və qalxanındakı işarə olduğunu vurğulayırlar. Bu işarənin Davud peyğəmbərə, yoxsa Süleyman peyğəmbərə aid olduğu da mübahisəli mövzudur. Tövrata görə Hz Süleymanın üzüyündə də həmin işarə həkk olunmuşdur. İudaizm inancında bu işarə müqəddəs sayılır. Tarix ərzində Yaxın Şərq ərazisində yaranmış əksər yəhudi dövlətləri bayraqlarında Davud nişanəsindən … More Türklüklə yəhudiliyi nə birləşdirir?